ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Natavan Həbibi olub.

Müğənni, onun haqqında yalan danışanları, böhtan atanları cavabsız qoymacağından danışıb:

“Mənə toxunanda başa salıram ki, toxunmaq olmaz. Hər zaman haqsız yerə hansısa hücumlara, şərhlərə məruz qalıram və cavabım da birmənalı qarşılanmır. Bizi milyonlarla insan izləyir və mənə təsir edir ki, onun mənim haqqımda formalaşdırdığı fikri başqa insanlar necə qəbul edir. Biri inanar, onun kimi davranar, başqasına deyir və yayılır. Bu haqsızlıqdır axı… Natavan dəlidir? Niyə durduğum yerdə kimləsə dalaşım? Mənim işim yoxdur? Mənim öz dünyam yoxdur? Ümumiyyətlə mən sizi nə edirəm? Siz mənə maraqlı deyilsiz. Nə sənətçi kimi, nə müğənni kimi, nə insan, nə qadın nə də kişi kimi… Dava salacam, sən mənə toxunursansa axıra kimi sözümü deyəcəm, üzr istədəcəm. Sən fikrini dəyişdirəcəksən, anlayacaqsan ki, olmaz, eləmə!”.

445 Baxış
8190cookie-check“Mənə toxunanda anlayacaqsan ki, …” – Natavan hədələdi – VİDEO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir