Məşhur model oğrunu süpürgə ilə ram etdi – Şok görüntü

Hafiz

Tanınmış brazilyalı model Mişel Karvalyu rəfiqəsi Alisia Vial ilə evinə gedərkən, hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə Çilinin paytaxtı Santyaqoda baş verib.

Rəfiqələr binaya daxil olarkən, naməlum şəxs Karvalyunu çantasını əlindən alaraq, qaçmağa cəhd edib. Məşhur model soyğunşuya əlindəki süpürgənin sapı ilə müqavimət göstərib.

Karvalyu o anları əks etdirən görüntülərii Instagram hesabında paylaşıb və bunları yazıb:

“Hər şey 10 saniyə içində baş verdi. Heç nə düşünməyə vaxtım yox idi. Əlimdə eynək qutusu vardı, onu belə yerə qoymadan soyğunçunu sadəcə süpürgə ilə vurdum. Məni ən çox kədərləndirən şey oğru ilə mübarizə aparan iki qadını görmələrinə baxmayaraq, ətrafdakıların kömək etməməsi idi. Güman edirəm ki, bu Çilidən başqa heç bir ölkədə baş vermir”.

Braziliyalı model çantanı oğrunun əlindən aldıqlarını, ancaq onun çantadan düşən cib telefonunu götürərək, qaçdığını bildirib.

111 Baxış
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Ayrılandan iki gün sonra başqa qızla görüşdü" - Dilarədən şok etiraflar

“Avroviziya-2014” təmsilçimiz Dilarə Kazımova 106.3 FM-də yayımlanan “Ulduzxana”da qonaq olub.

Dilarə Kazımova şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

İlk sevgisindən danışan müğənni ondan ayrıldıqdan sonra depressiya yaşadığını etiraf edib:
“Konservatoriyada oxuyanda vurulmuşdum. Bu münasibət mənim ən birinci və möhkəm sevgim oldu. Amma ürəyimi pis sındırdı. 1 il yarım özümə gələ bilmədim, ağır oldu. Neçə il sonra onunla səhnədə görüşdük. Onun gözlərindən hər şeyi başa düşdüm. Peşman idi ki, səhv edib. Anladı ki, düzgün ayrılmadıq. Özünü çox pis göstərdi. Mənim üçün yüksəkdə olan adam necə aşağı düşdü.

Ayrılıqdan sonra psixoloji ağır günlər yaşadım. Yemirdim, başım yerində deyildi, ağlayırdım. Ayrıldıqdan iki gün sonra o, konservatoriyada başqa qızla görüşdü. Şokda idim, bir adamı sevəndə onun dəyişib bu cür olacağını fikirləşmirsən. İnsanla belə rəftar etmək olmaz.

Kimləsə ayrılanda adam kimi ayrılın, nəfsi üstünüzdə qalmasın. Hər şeyi açıq deyin. Hadisədən sonra öldüm, sonra dirildim. Amma yaxşı oldu, ürəyim bərkidi”.

Qeyd edək ki, Dilarə Kazımova Mərt Aslan adlı Türkiyə vətəndaşı ilə 2014-cü ildə ailə qurmuşdu. Cütlük 2016-cı ildə boşanıb.
Mənbə – Teleqraf.com

111 Baxış
Paylaş