Xəbər verdiyimiz kimi son günlər müğənni – bloger Aynişanla həyat yoldaşı Kənanın boşanması gündəmi zəbt edən xəbərlərdəndir. Aynişanla Kənan bir-birini instaqram hesablarından izləmədən çıxarması, birlikdə görüntüləndiyi fotoları silməsi hər kəsdə onların boşanması fikrini forçalaşdırdı.

Nurmedia.info.az BiG.AZ  -a istinadən xəbər verir ki, Aynişan sosial media hesabında ilk dəfə bu məəsələyə açıqlama verib:

“Səhifəm Azərbaycanın ən güclü səhifələrindən biridir. Nə heç bir qalmaqala qarışmamışam bu günə kimi, nə də heç bir məşhurla sırf reklam olunum deyə, dostluq etməmişəm. Yeni lahiyəm olan mağazamın tanıtımı üçün isə nə heç kimin reklamına, nə də özümü bu qədər ucuz reklam etməyə ehtiyac duymuram.

Dəqiq bilmək istəyirsinizsə, elə o paylaşan səhifələr mənim hesabıma özünə reytinq toplamağa çalışır. Bu günə kimi nə mən, nə də həyat yoldaşım heç bir açıqlama verməmişik. Çünki hər bir açıqlama yeni bir mövzudur. “Instagram” və “Facebook” hesabımdan başqa heç bir hesabım yoxdur.

O ki qaldı kim kimi “unfollow” etdi, kim kimin şəklini sildi, məncə, bu, dünyada baş verən qlobal bir problem deyil. Hər ikimiz ailə tərbiyəsi görmüş, mədəni və sivil insanlarıq. Mənə görə narahat olan, yazıb mənə dəstək olan insanlar, siz çox yaxşı insanlarsınız. Sizin dəstəyinizin əvəzi yoxdur. Öpürəm o gözəl qəlbinizdən”.

"Nə mən, nə də həyat yoldaşım..." - Aynişan ilk dəfə boşanmasından danışdı - FOTO
141 Baxış
20560cookie-check“Nə mən, nə də həyat yoldaşım…” – Aynişan ilk dəfə boşanmasından danışdı – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir