Home>>MAQAZİN>>“Narkotikdən, insan alverindən, qətldən…” – məşhurların həbsxana həyatı – SİYAHI
MAQAZİNSon xəbər

“Narkotikdən, insan alverindən, qətldən…” – məşhurların həbsxana həyatı – SİYAHI

BiG.AZ  həbsxana həyatı yaşayan azərbaycanlı məşhurlarla bağlı kiçik araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Fədayə Laçın-Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilib. Həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Maral Tahirqızı-Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə zalında da həbs olunub.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Emil Rəhmanov-İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən saxlanılaraq iki il müddətinə azadlıqdan məhrum olunub.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Kamil Zeynallı-2019-cu ildə İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 10 sutka həbs cəzası alıb. Daha sonra bu ay xüsusi karantin rejimini pozduğuna görə 10 sutka həbs edilib.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
İlham Mirzəyev-2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə itiham olunub və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Hüseyn Dərya-Narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Elşad Xose-Narkotikdən istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Sakif Məmmədov-“Əjdər əmi” mahnısı ilə məşhurlaşan bu müğənni törətdiyi avtomobil qəzasına görə tutulub.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Aqil M Quliyev-2013-cü ildə aldığı pulu geri qaytarmadığına görə 1 il 6 ay həbs cəzası alıb.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Samir Cavadzadə-2011-ci ildə dostunu bıçaqladığına görə 1 ildən çox həbsxanada yatıb.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Tunar Rəhmanoğlu-“Avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.
"Narkotikdən, insan alverindən, qətldən..." - məşhurların həbsxana həyatı - SİYAHI
Firuzə İbadovanın aktrisa bacısı Rəhilə İbadova-2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib (sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib). Cəza çəkdiyi dövrdə həbsxanadakı Dram Dərnəyinin rəhbəri olub. Aktrisa vaxtından əvvəl – 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.
Rövşən Tahir

277 Baxış
17390cookie-check“Narkotikdən, insan alverindən, qətldən…” – məşhurların həbsxana həyatı – SİYAHI
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir