Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)

Hazırda döyüşlər davam edir. Nurmedia.info.az Trend-ə istinadən bildirir ki, bunu müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, düşmənin ehtiyatları, canlı qüvvəsi və texnikası, komanda məntəqələri də vurulur və məhv edilir:

“Əmin etmək istəyirəm ki, şəhidlərimizin, yaralılarımızın qanı yerdə qalmayacaq”.

K.Vəliyev vurğulayıb ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. Onun sözlərinə görə, iki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib, düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib.

23 Baxış
19750cookie-checkNazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

General-mayor və polkovnik şəhid olub - RƏSMİ

Ça İyl 14 , 2020
İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib. Nurmedia.info.az -ın məlumatına görə, bu sözləri Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev […]