Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Nurmedia.info.az BiG.AZ – a istinadən  xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu da şəhid olub. Məlumata görə, şəhid baş leytenant Biləsuvar rayonu Aşağı Cürəti kəndində anadan olub.

Xatırladaq ki, Ermənistan tərəfinin ötəngünkü təxribatı nəticəsində 3 nəfər – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Ötən gecə şəhid olan baş leytenant Mahmudov - FOTOLAR
Ötən gecə şəhid olan baş leytenant Mahmudov - FOTOLAR
Ötən gecə şəhid olan baş leytenant Mahmudov - FOTOLAR
176 Baxış
19720cookie-checkÖtən gecə şəhid olan baş leytenant Mahmudov – FOTOLAR
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir