#DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Azərbaycan ordusunun Qarabağ döyüşlərindəki taktikası amerikalı generalları düşünməyə vadar edib.

Nurmedia bildirir ki, Qarabağdakı döyüşlərdə erməni terrorçularına və Ermənistan ordusuna qarşı Azərbaycan Ordusunun tətbiq etdiyi döyüş taktikası amerkalı generalları heyran qoymaqla yanaşı, onları Birləşmiş Ştatların hava hücumundan müdafiə sisteminin ciddi yenilənməyə ehtiyac duymasının etirafına vadar edib.

ABŞ ordusunun Quru Qoşunlarının Baş Qərargah rəisi, ordu generalı Ceyms MakKonvill hesab edir ki, Qarabağdakı döyüşlərdə Azərbaycan ordusunun pilotsuz uçan aparatlardan (PUA) aktiv istifadə etməsi ABŞ ordusunun yenilənməsini şərtləndirir.

“İlk əvvəl hava hücumundan müdafiə sistemini inkişaf etdirməliyik. Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir. Qarabağdakı savaş PUA-larla mübarizədə hava hücumundan müdafiə sisteminin inkişafını və təkmilləşdirilməsini qaçılmaz edir. İndi havada üstünlüyə malikik. Lakin gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA-lar çox ciddi vasitə və təhlükədir”, – general MakKonvill deyib.

Milli.Az

397 Baxış
23080cookie-checkPentaqon Azərbaycan ordusunun döyüş təcrübəsinə heyran qalıb
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir