Qarabağı necə dirçəltməli?..

Heç kimə sirr deyil ki, dünyada sürətlə urbanizasiya (şəhərləşmə) prosesi gedir. Kəndlər boşalır, insanlar şəhərə axışır. Bir-iki misal deyim. Rusiyada son 20 ildə 20 min kənd yox olub. Proses inkişaf etmiş ölkələrdə də belədir. İsveçdə cəmi 3 faiz əhali kənddə yaşayır, hətta bütöv kəndlər satışa çıxarılır.


İşğaldan azad olunmuş ərazilərdə 800-dək kəndimiz var. Bütün bu kəndlərdə yaşayış bərpa olunacaqmı? Yaxud bərpa olunmalıdırmı? Əlbəttə, hər kəs doğulduğu kəndin bərpasını arzulayır. Amma arzu başqa, reallıq başqa. Bizim o kəndlər tarixin fərqli dönəmlərində müxtəlif səbəblərdən yaranıblar. Müasir dövrün urbanizasiya şərtləri yeni reallıqlar diktə edir. Bəzən acı, sərt olsa da. Hər yaşayış məntəqəsi tək evlərin tikilməsi demək deyil, infrastrukturun qurulmasıdır həm də.


Sözümün canı odur ki, bu yerlərdə həyat sıfırdan başlayacaqsa, urbanizasiya reallıqları nəzərə alınmalıdır. 20-30 evlik kəndlərdənsə şəhər tipli iri qəsəbələr salmaq strateji baxımdan daha düz qərar olar.


Ali təhsil ocaqları, tarixi abidələr, muzeylər, turizm mərkəzləri, şərab, limonad, süd zavodları, ət kombinatları, yüngül sənaye fabrikləri, xalça-suvenir sexləri, sanatoriya-kurort müəssisələri, Avropa sayaq fermer təsərrüfatları: üzüm plantasiyaları; at, qoyun, mal fermaları; nar, fındıq, qoz və s. meyvə bağları.


Qarabağ Dirçəliş Fondu yaradılıb. Yaxşı təşəbbüsdür. Qarabağın yerdə qalanını da erməni və rusdan azad edək – başlayaq dirçəltməyə Qarabağı!

MƏNBƏ –MODERN.AZ

91 Baxış
25060cookie-checkQarabağı necə dirçəltməli?..
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir