Qaz təchizatı dayandırılan abonentlərə SMS gələcək – VİDEO

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə qaz təchizatındakı problemlərlə bağlı sms bildirişlər göndərəcək. Belə ki, əgər hər hansı bir səbəbdən qaz təchizatında dayanma olarsa bu zaman qurum tərəfindən bir gün əvvəldən sms vasitəsilə vətəndaşlara bildiriləcək.

“Azəriqaz” abonentləri təbii qaz təchizatındakı dayanmalarla bağlı SMS-lə məlumatlandıracaq.

“Azəriqaz” İstehsalat Birliyi təbii qaz təchizatında hər hansı bir səbəbdən dayandırma olarsa, bu barədə məlumatları abonentlərə SMS bildiriş formasında göndərməyi planlaşdırır.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, bu proses ilkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasında reallaşdırılacaq.

Qeyd edək ki, qaz təchizatında dayandırmalara dair SMS bildirişlərin göndərilməsinə yaxın 10 gün ərzində başlanacaq.(xəzərxəbər)

57 Baxış
27440cookie-checkQaz təchizatı dayandırılan abonentlərə SMS gələcək – VİDEO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir