Qeyri-adi səsiylə məşhurlaşan Nahidə Babaşlı “PowerTürk Müzik” mükafatına namizəddir

Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənnilərilə yanaşı nüfuzlu “PowerTürk Müzik” mükafatına namizəddir.

NurMedia.info.az-ın məlumatına əsasən, bu barədə musiqiçi özü “Sputnik Azərbaycan”a məlumat verib.

“PowerTürk Müzik”ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Alyona Tilki, Sinan Akçil, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı “Gənc ifaçılar arasında ilin uğuru” nominasiyasında qalib ola bilər.

Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur.

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.

96 Baxış
26350cookie-checkQeyri-adi səsiylə məşhurlaşan Nahidə Babaşlı “PowerTürk Müzik” mükafatına namizəddir
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir