Rayondan Bakıya gəlmək istəyənlərin NƏZƏRİNƏ- AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirusa görə elan olunmuş karantin rejiminin şərtləri yumşaldılıb.

Yumşalma nəticəsində bir çox müəssisələrin fəaliyyətinə icazə verilib.

Sosial şəbəkələrdə gələn həftədən başlayaraq rayon qeydiyyatı olan şəxslərin də Bakıya buraxılmasına icazə veriləcəyi ilə bağlı məlumatlar yayılıb.
 

Nurmedia   xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda müxtəlif qurumların nümayəndələri təmsil olunur:

Ola bilsin ki, yumşalma bu istiqamətdə də olsun. Koronavirusa yoluxanların, sağalanların və ölənlərin say nisbəti müqayisə edib bu istiqamətdə addım ata bilər. Ancaq bunu əvvəlcədən söyləməsi düzgün deyil. Yayılan informasiyalar məncə erkəndir.

Çünki vətəndaşları buna situmullaşdırmaq düzgün deyil. Dövlət harada yumşalma mümkündürsə, onu reallaşdıracaq. Vətandaş Bakıya malını gətirib satmalıdır və ya müalicəsi üçün gəlməlidir. Əlbəttə bütün bunlar insanların sıxıntısıdır.

Amma birinci növbədə can sağlığı və təhlükəsizlik daha önəmlidir. Şəhərin tam yüklənməsi virusun yenidən yayılmasına səbəb ola bilər. Ona görə də bu məsələdə tələsmək lazım deyil.

Operativ Qərargahın verəcəyi qərarı gözləməliyik. Öncədən bunu arzu kimi bildirmək düzgün olmazdı”.

435 Baxış
14700cookie-checkRayondan Bakıya gəlmək istəyənlərin NƏZƏRİNƏ- AÇIQLAMA
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Cazibədar qolfçudan maraqlı addım - FOTOLAR

C May 1 , 2020
Britaniyalı qolfçu Lüsi Robson koronavirusa görə tətbiq edilən karantində maraqlı addım atıb. NurMedia Sportal.az a istinadla xəbər verir ki, 24 yaşlı məşhur idmançı evində qolf simulyatoru qurub. O, texnologiyanın köməyi ilə qolfla məşğul olmağa davam edir. Gözəl idmançı sosial hesabında çox sevindiyini açıqlayıb. Robsonun “Instagram”da 692 min izləyicisi var. 435 Baxış Like224 […]