

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Ağdam klubunu tərk edib.
Nurmedia Cemрion.az a istinadən xəbər verir ki, bu barədə millimizin üzvü Qazaxıstanın sports.kz saytına müsahibəsində deyib: “Qarabağ”dan ayrılıram”.O, “Astana”ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Biz “Astana” ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmişik. Bu, təxminən 3-4 ay bundan əvvəl olub”.
30 yaşlı yarımmüdafiəçi agentinin hazırda bir neçə klubla danışıqlar apardığını bildirib: “Amma hələ qərar verməmişəm. İndi istirahətdəyəm. Bir neçə gündən sonra qərar verəcəyəm. Mənimlə maraqlanan klublar arasında Qazaxıstan təmsilçiləri yoxdur”.
Qeyd edək ki, Almeydanın “Qarabağ”la müqaviləsi yanvarın 1-i başa çatır.
522 Baxış
6910cookie-checkRichard Almeyda Qarabağdan ayrıldı.