“Metamorphosis” (Metamorfoz) adlı art-layihə çərçivəsində “body-art” (bədən üzərində rəsm) sənətkarları Leoni Jene və Yorq Düstervald fotoqraflar Lila Pregizer və Uve Şmid ilə birlikdə insan bədənini təbiət mənzərələrinə “qarışdırıb” onun bir hissəsinə çevirməyə çalışıblar.
NurMedia BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu prosesdə heç bir fotoşodan istifadə olunmayıb.
Çılpaq modellərin bədəni elə çəkiliş yerində ətrafdakı rənglərə uyğun boyanıb.
















