Home>>MAQAZİN>>Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi – FOTO
MAQAZİNSon xəbər

Sərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi – FOTO

Türkiyəli müğənni Sərdar Ortaç yeni sevgilisi ilə görüntülənib.

NurMedia axşam.az-a istinadən bildirir ki, evliliyini 6 ay öncə yekunlaşdıran ifaçı “Benimle söyle” yarışmasında jüri olan həmkarı Seçil Güllə İstanbulun Bəbək bölgəsində obyektivlərə tuş gəlib.

Üç saatdan artıq restoranda vaxt keçirən cütlük məkandan birlikdə ayrılıblar. Öncə qapıdan Seçil Gür çıxaraq jurnalistlərin olub-olmamağını yoxlayıb. O, Sərdara səslənərək “Gəl, həyatım, heç kim yoxdur” sözlərini deyib. Lakin bir anda jurnalistləri qarşısında görərək təəccüblənib.

S.Ortaç jurnalistlərin “Yeni münasibətiniz xeyirli olsun” sözlərinə “Maşını deyirsiniz? Hə, yenidir. Sağ olun” deyə, cavab verib.

Qeyd edək ki, müğənni bundan öncə Xloe Luqnan adlı irlandiyalı modellə evli idi. Onların sevgi münasibəti 8 il çəkib.

428 Baxış
5930cookie-checkSərdar Ortaç yeni sevgilisi ilə görüntüləndi – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir