Sərt karantin rejimi iyulun 15-nə kimi uzadılır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Sərt karantin rejimi iyulun 15-nə kimi uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq olunub:

“Amma yenə də gündəlik yoluxanların sayı 500-dən yuxarı olur. Əlbəttə bu hər birimizi narahat edən məsələdir. Bununla yanaşı beynəlxalq təcrübədə müvvəqəti olaraq digər təyinatlı obyeklərin xəstəxana kimi fəaliyyətini biz görmüşük. Bu məsələ gündəmdə olan məsələdir. Əlbəttə gündəlik yoluxanların sayı artarsa belə bir addım atıla bilər. Bununla yanaşı sərt karantin rejimi bir neçə gün də uzadıla bilər. Eyni zamanda sərt karantin rejimi 8 rayon və şəhərdən əlavə digər bölgələrə də tədbiq edilə bilər. Təbii ki, bu qərarların qəbul edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Yəqin ki, bu həftə Operativ Qərargah gündəlik yoluxanların sayı və coğrafiyasını nəzərə alaraq müvafiq qərar qəbul edəcək”.

20 Baxış
18760cookie-checkSərt karantin rejimi iyulun 15-nə kimi uzadılır? – AÇIQLAMA
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ANS-in tanınmış aparıcısının anası koronavirusdan öldü - FOTO

Be İyn 29 , 2020
ANS televiziyasının aparıcılarından olan Nəzrin Əhmədovanın valideynlərinin COVID-19 testi müsbət çıxıb. Nurmedia.info.az BİG.Az – a istinadən bildirir ki, onlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, N.Əhmədovanın anası bu gün koronavirusdan vəfat edib. Qeyd edək ki, uzun müddət ANS PRESS portalının da baş redaktoru kimi çalışan N.Əhmədova hazırda ailəsi ilə birlikdə İspaniyada […]