Sabah Ayı görmək mümkün olacaq?

Hafiz

Bu il Ayın Azərbaycan səmasında görünməsindən asılı olaraq, Ramazan bayramı mayın 24-nə düşür.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Lent.az -a bildirib ki, Ramazan ayının son günü-mayın 23-ü Günəş batdıqdan 10-15 dəqiqə sonra (19:57-dən sonra) ala-toranlıqda səmada üfüqə yaxın 40 dəqiqə ərzində Ayı müşahidə etmək mümkün olacaq.

Üfüq açıq olan istiqamətdən baxılmalıdır. Bakının Yasamal rayonudan baxanda görmək olar. Ayın görə bilmək üçün üfüq açıq olmalı, qarşıda maneələr görünməməlidir.”

X.Mikayılov Ayın müxtəlif ölkələrdə fərqli saatlarda görünməsinə, bu səbəbdən bayramın fərqli günlərdə qeyd olunmasına gəlincə bildirib ki, bu ancaq saat fərqlərindən irəli gəlir: “Ayın üfüqdə nə zaman görünəcəyi Şamaxı Astrofizika Rəsədxanası tərəfindən hesablanır, məlumatlar Nazirlər Kabinetinə təqdim olunur. Daha sonra isə həmin məlumatlar əsasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə işlənir və müvafiq qərar verilir”.

70 Baxış
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Koronavirusu 1 dəqiqəyə öldürən maska

ABŞ-ın İndiana Universitetinin alimləri nəm olarkən kiçik elektrik gərginliyi yaradan parçadan hazırlanmış maska nümayiş etdiriblər.

Həmin araşdırmaya altı il zaman sərf edən alimlər supermaska ilə təmasda olan virusun orqanizmə yoluxma qabiliyyətinin bir dəqiqədən sonra tamamilə yox olduğunu müəyyən ediblər.

70 Baxış
Paylaş