Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Nurmedia-ya verilən xəbərə görə, eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunmuşdur. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb. 

Bununla əlaqədar olaraq AQTA-nın baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin  aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. 

Eyni zamanda qəbul olunmuş qərarla bağlı  bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün AQTA tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. 

190 manata görə qeydiyyatdan keçib cavab almayanların nəzərinə


580 Baxış
14110cookie-checkŞAD XƏBƏR: Azərbaycanda bu məhdudiyyətlər aradan götürüldü
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir