Deputat Siyavuş Novruzovun karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsi ilə bağlı Milli Məclisin İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb.

NURMEDİA.İNFO.AZ xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı, İntizam Komissiyasının üzvü Fəzail Ağamalı deyib. Deputat bildirib ki, məlum faktlarla bağlı komissiyaya şikayət daxil olsa, araşdırılacaq:

“Parlament sentyabrın 15-də məzuniyyətdən qayıdacaq. Biz komitələr səviyyəsində işə çıxacağıq. Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olmayıb”.

Deputat qeyd edib ki, Siyavuş Novruzovla bağlı İntizam Komissiyasına hər hansı müraciət daxil olsa, bu barədə mətbuata məlumat veriləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Siyavuş Novruzova məlum toyda iştirak etməsinə görə töhmət verib. Bundan əlavə deputat həm də partiyanın icra katibinin müavini vəzifəsindən istefa verib.

107 Baxış
21750cookie-checkSiyavuş Novruzovla bağlı daha bir xəbər: ARAŞDIRILACAQ
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir