Siz yatandan sonra telefonunuzda hansı proseslər gedir? Öyrənəmək istəyirsinizsə, yaxın oturun.

NurMedia ted.az-a istinadən bildirir ki, 5400-ə yaxın tətbiq siz yatdığınız zaman telefonunuzdakı məlumatları gizlicə qaynağı bəlli olmayan yerlərə göndərir.

Araşdırmaya görə, sizdən xəbərsiz telefonunuzdan gecə boyu göndərilən məlumatlar arasında nömrəniz, hətta hazırda olduğunuz yerin detalları belə var.

Bu cür xoşagəlməz “işləri” isə daha çox yuxu təqibi və oxşar tətbiqlər həyata keçirir.

Araşdırmada o da qeyd olunub ki, bunun qarşısını almağın bəlli bir yolu yoxdur. Yeganə əlac tətbiqi silməkdən keçir.

Google-un yaydığı açıqlamada isə bildirilir ki, telefonlarınıza pulsuz yüklədiyiniz bu tətbiqlər sizə ciddi problem yarada blər. Bu tətbiqlərə misal olaraq 3 proqramı göstərmək olar.

SmartSwipe

Bu tətbiqi yükləmisinizsə, təcili silin. Çünki proqram kredit kartı məlumatlarınızı sızdırır.

Realtime Booster

Telefonunuzu sürətləndirdiyi iddia edilsə də, məlumatlarınızı üçüncü tərəfə ötürməkdən başqa iş görmür.

Call Recorder

Yəqin ki, sizi ən çox təəccübləndirən bu tətbiqin də “məlumat oğruları” arasında olmasıdır. Telefon danışıqlarınızın qeydini aparan tətbiq gizlicə səsinizi üçüncü tərəf tətbiqlərdə də paylaşır.

407 Baxış
11650cookie-checkSiz yuxudaykən şəxsi məlumatlarınızı oğurlayırlar: BU TƏTBİQLƏRİ TELEFONUNUZDAN SİLİN!
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir