SOCAR-ın işçiləri evdən işləyəcəklər – Koronavirusa görə

SOCAR şirkəti əməkdaşları koronavirusa görə evdən işləyəcəklər.

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq  Qurumun  ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. O, bildirib ki, bu qabaqlayıcı tədbirlər bir müddət davam edəcək:

“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma riskini minimum azaltmaq məqsədi daşıyır və bu qaydalar istehsalatda işləyən şəxslərə aid deyil.Həmçinin SOCAR-ın inzibatı binasına daxil olan insanların tempraturu ölçülür, spirtli dispensirlər yerləşdirilib, havalandırma cihazlarına antiseptik məhlullar yerləşdirilib. İşçilərə təklif olunub  ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. Skayp və digər internet proqramlar üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın.Virus yayılmış ölkələrdən qayıdan əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCAR-ın hesabına müayinədən keçəcəklər.Hələlik həmin ölkələrə getmək qadağan olunub. İnzibati binalarda işləyənlər ayın 20-nə, təlimlər isə ayın 10-na qədər dayandırılıb”. 

426 Baxış
9790cookie-checkSOCAR-ın işçiləri evdən işləyəcəklər – Koronavirusa görə
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyevdən 4 rayonla bağlı 8,19 milyonluq SƏRƏNCAM

Ç Mar 4 , 2020
Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: 1. Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində […]