
“Düşünürəm ki, tətbiq olunan sərt karantin rejimi öz bəhrəsini verdi. Yoluxma sayı aşağı düşdü. Bu səbəbdən müəyyən sahələrdə yumşaldılmaya getmək olar”.
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov karantin rejiminin yumşaldılması ilə bağlı danışarkən deyib:
Millət vəkili rayonlara gediş-gəlişin bərpa olunması məsələsinə də münasibət bildirib:
“Əgər rayonlara gediş-gəliş bərpa olunsa, xəstəliyin tempində olan dəyişiklik xeyrimizə olmaya bilər. Biz bunu əvvəlki təcrübədə də müşahidə etdik. Düşünürəm ki, hansısa qərarı verərkən bir qədər ehtiyatlı olmaq lazımdır. Vəziyyəti düzgün analiz edib, ona uyğun da qərar vermək daha doğru olar”.
93 Baxış
253000cookie-checkSON DƏQİQƏ: “SMS icazə” ləğv ediləcək – AÇIQLAMA