Koronavirus pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan tədbirlər planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər – 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 milyon manat ayrılıb. Bəs işsiz kimi qeydiyyatdan keçən şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi?

Oxu24.com  xəbər verir ki, işsiz kimi qeydiyyata alınmış vətəndaşlar müvafiq meyarlara cavab verdikdə onlara 190 manat birdəfəlik ödəniş veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pandemiya dövründə işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə  təfərrüatı ilə aydınlıq gətirib.

Əmək və əhalinin  sosial müdafiəsi  nazirinin müavini Anar Kərimovun sözlərinə görə,meyarlara uyğun gələn vətəndaşlara birdəfəlik ödəniş   və ya ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı almaq təklif olunacaq. Burada qərar vətəndaşın seçimindən asılıdır.

İctimai işlər üçün də ilk olaraq www.e-sosial.az portalında qeydiyyata düşmək lazımdır. Xüsusi karantin rejimi davam edərsə, birdəfəlik ödənişlərin və ictimai işlərin vaxtının uzadılması nəzərdə tutulur.

384 Baxış
14000cookie-checkSON DƏQİQƏ! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir