Şuşa şəhərindən məcburi köşkün olan və hazırda Sumqayıt şəhərində kirayədə məskunlaşan Ələsgərovlar ailəsi mətbuat vasitəsi ilə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə mürciət edib.

Oxu24.com xəbər  verir  ki, ailənin hər iki övladı  ağır  və sağalmaz  xəstəlikdən  əziyyət çəkir. Bununla belə məcburi köçkün  ailəsi bu zamana qədər mənzillə təmin olunmayıb.

Sözügedən müraciəti təqdim edirik;

Cənab Sədr. Biz Ələsgərovlar ailəsi erməni işğalı nəticəsində öz doğma yurdumuz olan Şuşadan ayrı düşmüşük. İşğaldan sonra  bir çox Şuşalılar  kimi  biz  də  ölkənin  müxtəlif  yerlərinə dağıldıq.
Hazırda Sumqayıt şəhəri,Betonzavod ərazisində yerləşən İnşaatçılar qəsəbəsi ev 175-də məskunlaşmışıq. İki övladımız ağır və sağalmaz xəstəlikdən əziyyət çəkir. Böyük qızımız Ələsgərli Zəhra uşaq autizmi sindromundan əziyyət çəkir. Ona xüsusi  qayğı və maddiyyat tələb olunur. Kiçik qızımız  Zeynəb də ağır xəstəlikdən əziyyət çəkir.
Cənab Sədr, Sizə müraciət  etməyimizdə məqsəd  mənzil şəraitimizin yaxşılaşdıırlmasında  bizə köməklik  göstərməyinizi xahiş  etməkdir. Biz Şuşa şəhərindən məburi  köçkün  kimi  evlə təmin olunmamışıq. Kirayələrdə,iki xəstə  uşaqlarla  yaşamaq  əzabdır.
Çox xahiş edirik  ki, mənzil  şəraitimizin yaxşılaşdırılmasına  yardım  edəsiniz.
Öncədən Sizə təşəkkür edirik.

114 Baxış
22090cookie-checkŞuşalı qızdan Rövşən Rzayevə ürəkdağlayan məktub: ” İki ağır xəstə uşaqla…”
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir