Ekspertlərimizin hazırladığı növbəti hesabatı, öncə bütün maraqlı və əlaqəli qurumlara təqdim etdikdən sonra, bu gün hörmətli mediaya da yayınlanmaq üçün təqdim edirik.

Azərbaycanın təhsil baxımından ən problemli və həssas bölgələrindən olan cənub bölgəsinin Astara rayonu üzrə mütəxəssislərimizin hazırladığı bu hesabat barədə onu qeyd etməliyik ki, sənəd 1,5 illik gərgin əməyin və çalışmaların nəticəsidir və 1 il öncə açıqlanmalı olan bu sənədin gec açıqlanmasının səbəbləri də hesabatın sonunda qeyd edilmişdir.
Hesabat, rayonun, mediada haqqında ən çox danışılan məktəblərindən biri olan şəhər 6 saylı tam orta məktəb barədədir. Belə ki, bu məktəbin vəziyyətində son 2 ildə hansısa ciddi dəyişiklik olmaması və əlaqəli şəxslərin, o cümlədən təhsil şöbəsi rəhbərinin hələ də iş başında olması səbəbindən, bütün rayonun təlim və təhsil vəziyyətinin barometri, elə bu təhsil müəssəsi hesab oluna bilər. 

Qeyd 1: Hesabat, məktub şəklində Astara Rayon Təhsil Şöbəsinə, Astara İcra Hakimiyyətinə, sözügedən məktəbin rəhbərliyinə və hazırki direktor Ülviyyə Bayramovaya, həmçinin, həmin dövrdə direktor işləmiş və hazırda rayon təhsil şöbəsinin baş məsləhətçsisi olan Mirzəzadə Elçin Mirzağa oğluna, həmin zaman Astara polisində işləmiş və hadisələrdə adı hallanan Abışi Nəcəf Aydın oğluna, Astara Rayon Polis Şöbəsinə və ən nəhayət, Təhsil Nazirliyinə və Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.Qeyd 2: Hesabatda adı hallanan əsas şəxslər-rayon təhsil şöbəsinin rəhbəri Rəşad Həsənov və keçmiş direktor Elçin Mirzəzadə ilə əlaqə qurmaq cəhdlərimiz bir müddətdən sonra tamamilə nəticəsiz qalmışdır və nədənsə bizdən yayınmağa üstünlük vermişlər.

Elçin Mirzəzadənin əlaqə nömrəsi: 050 587 40 64

Rəşad Həsənovun əlaqə nömrəsi: 055 606 88 89

516 Baxış
11050cookie-check“Təhsil Araşdırmalar Mərkəzi”nin Xüsusi Hesabatını mətbuata təqdim edirik
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir