Tovuz sakinləri şəhidi alqışlarla qarşılayıb (VİDEO)

Bu gün düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızı qarşılamaq üçün Tovuz rayonunda onlarla insan toplaşıb.

Nurmedia.info.az Trend-ə istinadən bildirir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

32 Baxış
19630cookie-checkTovuz sakinləri şəhidi alqışlarla qarşılayıb (VİDEO)
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şəhidin atası: "Sonuncu dəfə babası ilə danışmışdı"

Be İyl 13 , 2020
Sonuncu dəfə babası ilə danışmışdı. “Hər şey yaxşıdır, məndən narahat qalmayın” deyib. Hər birimizə salam-dua, sevgilər göndərib. BiG.AZ xəbər verir ki, bunu oxu.az-a iyulun 13-nə keçən gecə Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan, bu gün doğulduğu rayonda torpağa tapşırılan şəhidimiz Xəyyam Daşdəmirovun atası Məhəmməd Daşdəmirov […]