Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”.

Oxu24.com  xəbər verir ki, bunu Portuqaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir Türkiyə-Ermənistan əlaqələrinin düzəlmə şərtini də səsləndirib:

“44 günlük müharibə dövründə üç dəfə atəşkəs elan edilməsinə baxmayaraq, Ermənistan hər dəfə bu atəşkəsi pozdu. Atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə ümid edirik. Ancaq bundan sonra Ermənistanla əlaqələrimizi normallaşdırmaqdan danışmaq olar.

Biz bundan sonra atılacaq addımları da Azərbaycanla birgə dəyərləndirəcəyik”.

90 Baxış
25390cookie-checkTürkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir