İngiltərənin Kent qraflığının sakini, üç uşaq anası çılpaq halda təmizlik xidmətləri göstərən şirkət açmaq qərarına gəlib.

Üç uşaq anası ərinin razılığı ilə ÇILPAQ HALDA xadiməlik edəcək - FOTO

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli “KentOnline” xəbər portalı yazır.

loading…

Belə ki, 35 yaşlı Kler O’Konnor üç il bir oteldə xadimə işlədikdən sonra “çılpaq xadimə”yə çevrilib və Plimutdakı bənzər bir şirkətin sahibəsinin hekayəsindən ilhamlanaraq, “Fantasy Clean” şirkətini açıb.

Üç uşaq anası ərinin razılığı ilə ÇILPAQ HALDA xadiməlik edəcək - FOTO

O’Konnor bu ideya barədə 39 yaşlı ərinə danışaraq razılığını alıb.

“O, bu işimin əleyhinə deyil. Mənim dəlisov xasiyyətimə bələddir, lakin heç vaxt artıq-əskik bir şey etməyəcəyimi bilir”, – deyə qadın danışıb.

O’Konnor hazırda şirkətin saytı üzərində çalışır, lakin artıq indidən sayta abunə olmaq mümkündür.

Kler müştərilərin evlərini özü təmizləməyi və əlavə işçi götürməyi planlaşdırır. Tam çılpaq təmizlənə saatda 95 funt sterlinqə (təxminən 209 manata), belədək çılpaq – 85 funt sterlinqə (189 manata), alt paltarında və ya açıq-saçıq xadimə geyimində xiidmət göstərmək 75 funt sterlinqə (165 manata) başa gələcək.

“Evi təmizləyən zaman mənzildə bir çılpaq işçi və bir müştəri olacaq. Toxunma, fotoçəkiliş və s. artıq şeylər olmayacaq. Xadimə sadəcə gəlib işini görüb gedəcək”, – deyə O’Konnor vurğulayıb.

509 Baxış
7190cookie-checkÜç uşaq anası ərinin razılığı ilə ÇILPAQ HALDA xadiməlik edəcək – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir