Vaksinin hansı əlavə təsirləri ola bilər? – TƏBİB sədri AÇIQLADI

”Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib”.

NurMedai “Xəzərxəbər“ə istinadən xəbər verir ki, bu barədə TƏBİB sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin labaratoriya sınaqlarından sonra qəbul edilir.

Ramin Bayramlı qeyd edib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri var. Bunlar baş ağrısı, yüngül qızdırma, bəzən isə halsızlıq ola bilər, amma buna görə təşvişə düşməyə ehtiyac yoxdur:

“Hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər”.

TƏBİB sədri koronavirusun mutasiyaya uğramış ştammının Azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini və bu barədə ictimaiyyətin məlumatlandırılacağını bildirib. O, sözügedən vaksinin bu virus üzərində də təsirli olduğunu açıqlayıb.

Ramin Bayramlı bildirib ki, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

105 Baxış
25960cookie-checkVaksinin hansı əlavə təsirləri ola bilər? – TƏBİB sədri AÇIQLADI
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir