
28 yaşlı britaniyalı Çarli Devis körpəsinə nəzarət edən kamerada gördüklərindən sonra ruhlara inanmağa başlayıb.

Nurmedia.info.az BİG.AZ-a istinadən bildirir ki, bu barədə “The Sun” yazır.
Hadisə fevral ayında baş verib.
Qadın oğlu Ayzeklə evdə tək olub. Körpəsini yatızdırdıqdan sonra mətbəxə keçən Devis uşaq otağında qoyduğu nəzarət kamerasında dəhşətli mənzərə ilə qarşılaşıb: Ayzekin başının yanında naməlum əllərin olduğu ekranda aydın şəkildə görünüb.
“Mən şokda idim. Elə bildim ki, kimsə uşağımı götürmək üçün gizlincə otağa girib”, – deyə ana hisslərini ifadə edib.
Dərhal oğlunun yanına qaçan qadın otaqda heç kəsin olmadığının şahidi olub, lakin ekranda hələ də əllər görünüb.
Devis ekranın şəklini çəkən kimi, cihaz sönüb. Yenidən yandıqda isə əllər ekrandan yoxa çıxıb.
“Daha öncə ruhlara inandığım yadıma gəlmir, lakin artıq mən onları gözümlə görmüşdüm”, – deyə Devis etiraf edib.

Onun müraciət etdiyi ekstrasens gördüyü əllərin 42 yaşlı əri Polun mərhum valideynlərinə aid olduğunu iddia edib.

Hələ uşaq doğulmadan öncə dünyalarını dəyişən “nənə-babasının” bu yolla uşağa qayğılarını göstərmək istədikləri ehtimal olunub.
Həmin an uşağın soyuqdəyməsi olub.
