XİN başçısı Qarabağ münaqişəsində Macarıstanın mövqeyini bildirdi

Azərbaycanda səfərdə olan Macarıstanın Xarici İşlər naziri Peter Siyatro azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu söyləyib.

Bu barədə Unikal.org-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən Xarici İşlər naziri Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir Peter Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.

26 Baxış
20050cookie-checkXİN başçısı Qarabağ münaqişəsində Macarıstanın mövqeyini bildirdi
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Hacı Nuran və Kamil Zeynallı da səfərbərlik üçün qeydiyyatdan keçdilər - VİDEO

C İyl 17 , 2020
Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar. Nurmedia.info.az Big.az -a istinadən xəbər verir ki, idmançı Kamil Zeynallı və […]