“Yanğınsöndürənlərin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var” – ŞƏRH

Müşahidələr göstərir ki, bəzi avtonəqliyyat vasitələrinin sürücüləri hadisə yerinə tələsən yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol vermirlər.

“Уol hərəkəti haqqında Qanun”un 48-ci maddəsinə əsasən xüsusi təyinatlı nəqliyyat vasitələri üstün hərəkət rejiminə malikdirlər. Son vaxtlar Bakıda avtomobillərin sayının artması nəticəsində yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin işi getdikcə çətinləşir.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən nəqliyyat ekperti Eldəniz Cəfərov bildirib ki, məsələnin həllində sürücülərin təcrübəsindən çox şey asılıdır:

“Yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verilməməsi problemi bütün böyük şəhərlərdə, o cümlədən Bakıda mövcuddur. Bakıda yollar o qədər də geniş, enli deyil. Ona görə avtomobillər sıx hərəkət edən zaman xüsusi təyinatlı nəqliyyat vasitələri maneələrə rast gəlir. Bu da onların hadisə yerinə gecikməsinə gətirib çıxarır.

Bəzi sürücülər də bu məsələyə laqeyd yanaşırlar. Elə hallar olur ki, sürücü həmin avtomobilə yolun necə verilməsini bilmir. Hətta təşvişə düşür. Burada sürücülərin təcrübəsindən də çox şey asılıdır. Təəssüflə qeyd edirəm ki, Bakı şəhərində sürücülərin bir qismi yol hərəkəti qaydalarından xəbərsizdir. Bəziləri avtomobil idarə etməkdə də çətinlik çəkir.

Ona görə fövqəladə vəziyyətlərdə avtomobillər onlara siqnal verdikdə, yol istədikdə həmin naşı sürücülər özləri çaşırlar. Bununla da daha böyük tıxaclara və hətta qəzaya səbəb ola bilirlər. Yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var”.

Ekspert vurğulayıb ki, yaranan problemlərin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici videoçarxlar yayımlanmalıdır:

“Qanunda qeyd olunub ki, sürücülər xüsusi üstünlüyü olan avtomobillərə yol verməlidirlər. Əgər yol vermirlərsə, onlar 20 manatdan 40 manata qədər cərimə oluna bilərlər. Düşünürəm ki, yalnız cərimə ilə maarifləndirmə işi aparmaq çətin olacaq”.

248 Baxış
7590cookie-check“Yanğınsöndürənlərin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var” – ŞƏRH
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vilayət Eyvazov mayoru rəis təyin etdi

C Fev 28 , 2020
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə polis mayoru Qara Abdullayev təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib. […]