YAP Hüseynbala Mirələmovla bağlı QƏRAR VERDİ

Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.Oxu.Az-ın məlumatına görə, bu barədə qərar YAP-nın İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.O, eyni zamanda YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsindən, eləcə də YAP Veteranlar Şurasının üzvlüyündən də azad edilib.Xatırladaq ki, bir neçə gün əvvəl sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin əks olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi deyilir.Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib və pedagoji fəaliyyətinə xitam verilib.

71 Baxış
27890cookie-checkYAP Hüseynbala Mirələmovla bağlı QƏRAR VERDİ
Paylaş

One thought on “YAP Hüseynbala Mirələmovla bağlı QƏRAR VERDİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir